Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şabranda meşədə ağac kəsənlər saxlanılıb
Ağac kəsənlər

Şabranda meşə fonduna aid ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə, rayonun Qorğan kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən R.Əmrullayev, S.Ağayev, H.Quliyev və Q.İsmiyev saxlanılıblar.

Aparılan tədbirlərlə məlum olub ki, həmin şəxslər meşə massivində yetişən yaş gövdəli fıtıq ağaclarını kəsərək, R.Əmrullayev məxsuz “Zil 131” markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətiriblər.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
Son xəbərlər
Bütün xəbərlər »