Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sülhməramlıları iki Azərbaycan əsgərinin sərbəst buraxılmasına kömək etdi
Rusiya sülhməramlıları

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki azərbaycanlı hərbçi Rusiya sülhməramlılarının köməyi ilə sərbəst buraxılıb.

Virtualaz.org "İnterfax"a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 30 yanvar 2021-ci il tarixində Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Ermənistanın Sünik bölgəsinin Teh məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin saxlanılan iki hərbçisi sərbəst buraxılıb", - məlumatda deyilir.

"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - Müdafiə Nazirliyindən qeyd edilir.

Rusiya MN-dən deyilir ki, yanvarın 30-da Azərbaycan tərəfinin xahişi ilə Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı dəstəsi 16 xəstə Azərbaycan əsgərini Çinarlı (Vəng) kəndindən Çardaqlı kəndinə (Mağavuza) təxliyə edib. Orada onlar azərbaycanlı həkimlərə təhvil verilib.

Öz növbəsində virtualaz.org-a mənbələrdən verilən məlumata görə, Azərbaycan hərbçiləri göstərilən ərazidə itkin düşüblər və bu da onların Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmasına səbəb olub.

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
Son xəbərlər
Bütün xəbərlər »