Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan atəşkəsi pozdu: Bu təxribata əmr verənlərin adları bəllidir
MN: Ermənistan kəndlərimizi raket və artilleriya atəşinə tutur

Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düş­mənin təxribatları davam edir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-də saat 05:00 radələrində Er­mə­nistan silahlı qüvvə­lərinin Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

Bu təxribatla görünür ki, onlar üç məsələnin həllini istəyirlər:

a) Rus sülhməramlılarını təxribata çəkmək və KTMT-ni yenidən fakt qarşısında qoymaq - əmr ATƏT-dən gəlib;

b) Hakimiyyəti dəyişməyə çalışırlar, amma bacarmırlar deyə Nikolu əlimizlə devirməyə cəhd edirlər - əmr Rusiyadan gəlib;

c) Demarkasiya prosesini leqallaşdırmaq istəyirlər, çünki ərazinin məhz Əskipara olması xüsusi maraq yaradır - əmr İrəvandan gəlib.

“Ermənistanı dövlət adlandırmaq olmaz. Ermənistan terrorçuların idarə etdiyi bir məkandır. Dövlət hüquqla, qanunla idarə edilir və beynəlxalq hüquqa əməl etməlidir. Ermənistanda həmişə cinayətkar, korrupsioner rejim olub. Bu rejim ya Rusiyanın forpostudur və ya da Qərb dairələrinin idarə etdiyi erməni diasporunun oyuncaq rejimi olub”.

Emin Həsənli Emin Həsənli

Bunu Bizimyol.info-ya “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Ekspert bildirib ki, hakimiyyət daxildəki problemlərdən diqqəti yayındırmaq, müxalifət isə hakimiyyətə gəlmək üçün təxribatlar törədə bilər: “Xocalı soyqırımını törətmiş, əli azərbaycanlıların qanına batmış Köçaryan və Sarkisyan dəstəsinin yenidən hakimiyyətə gəlmək cəhdləri var. Bunun üçün müxtəlif təxribatlar edirlər. Ermənistanın hazırkı rəhbərliyi də daxildəki narazılığı yayındırmaq üçün təxribatlar edə bilər.

ATƏT Ermənistanın məsələsini gündəmə gətirmək istəyir. Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Prezident İlham Əliyev münaqişənin bitdiyini, Ermənistan-Azərbaycan arasında bütün kommunikasiyaların açılmasını açıqladı.

Ermənistanın baş naziri isə status məsələsinin həll olunmadığını açıqladı. Ona görə də Ermənistan hakimiyyəti atəkşəsi pozmaqda maraqlıdırlar. Eyni zamanda sərhədlərin müəyyənləşməsinin qarşısını almaq istəyirlər. Bu istəklərin hamısı ürəklərində alacaqlar. Dəmir yumruq hər zaman hazırdır. Bu dəfə Ermənistan sual altında qala bilər.

Diasporanın və Rusiyanın vassalı olan hakimiyyət ömrünü uzatmaqla Azərbaycana təsir edə bilməz.

Ermənistan bu təxribatlarla beynəlxalq aləmin diqqətini regiona cəlb edərək daxildəki problemlərdən diqqəti o istiqamətə yönəltmək istəyir. Bu da uğursuz cəhdlərdir. Sahədə ordumuz tərəfindən, masada diplomatiyamız tərəfindən cavabları veriləcək. Ermənistan məğlubiyyətə məhkumdur. Bu reallığı onların özü yaradıb”.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »