Türkiyənin şimal-qərbindəki Yalova əyalətində xüsusi antiterror əməliyyatı keçirilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu özünün “Tvitter”dəki hesabında bildirib.
Məlumata görə, əməliyyat nəticəsində ölkədə partlayışlar törətməyi planlaşdıran İŞİD silahlısı saxlanılıb: “Yalovadakı əməliyyat uğurla başa çatdı. Yalova Polis İdarəsinin Terrorla mübarizə şöbəsini və prokurorluğun əməkdaşlarını təbrik edirəm”.