Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bir neçə zəlzələ olub, bəzi evlərə ziyan dəyib
Zəlzələ

Türkiyədə yenidən zəlzələ baş verib.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Məlumata görə, yeraltı təkanlar Kayseridə, yerli vaxtla saat 03:02-də qeydə alınıb. Episentri Sarıoğlan rayonunda olan zəlzələ 4,6 bal gücündə olub, zəlzələ ocağı 18,2 kilometr dərinlikdə yerləşib.

Tələfat qeydə alınmayıb, lakin bildirilir ki, zəlzələnin baş verdiyi Sarıoğlan rayonunda bəzi evlərin divarlarında çatlar yaranıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin 5,2 bal gücündə olduğunu xəbər verib.

Qeyd edək ki, bu, son günlər Türkiyədə qeydə alınan növbəti zəlzələdir. Dünən yerli vaxtla saat 23:46-da da İzmirin Karaburun rayonunda da 4,8 bal gücündə zəlzələ baş verib. Bundan əvvəl Karaburunda daha 3 zəlzələ qeydə alınıb. Ən böyük yeraltı təkan 5,1 bal gücündə olub. Zəlzələlər yerli vaxtla saat 08:46-da Egey dənizinin sahilində qeydə alınıb.

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
Son xəbərlər
Bütün xəbərlər »