Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ruslara necə rəğbət bəsləmək olar?"
Vladimir Putin

Müxalifət lideri Aleksey Navalnının tutulmasından sonra Rusiyanı əhatə edən etiraz aksiyaları zamanı 5100 nəfərdən çox adam nəzarətə götürülüb.

İngiltərənin "Times" qəzetinin yazdığına görə, Moskvada görünməmiş təhlükəsizlik əməliyyatı keçirilib, Kremlin və digər hökumət binalarının ətrafı nəqliyyat vasitələri ilə mühasirəyə alınıb.

Tutulanlar arasında Navalnının 44 yaşlı həyat yoldaşı Yuliya da olub.

Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021 Rusiyada etirazlar

Amma xarici medianın məqalələri ilə yanaşı, bu mövzuda oxucu şərhləri də maraqlıdır. Rusiya telekanallarının aparıcıları və bir sıra Rusiya vətəndaşları ətraf ölkələrə hansı tərzdə yuxarıdan aşağı baxırlarsa, Britaniyadan baxanda Rusiya daha bərbad və geridəqalmış görünür. Bizimyol.info "Times" qəzetinin məqaləsinə Britaniya vətəndaşlarının yazdıqları bəzi komentləri təqdim edir:

- Ən azı bütün Rusiya siyasətçiləri, oliqarxları və ailələrini qara siyahıya salmaq lazımdır.

- Bəlkə zorakılığa yol vermiş polislərin adlarını açıqlamağın zamanı gəlib, hə?

- Sibirdə həbs düşərgələr qonaq gözləyir?

- Azadlıq heç vaxt bu yolla verilmir. Bu insanları dəstəkləyin.

- Cəsur nümayişçiləri salamlayıram. Putinin gücü zora və zülmə əsaslanır.

- Tarix göstərir ki, bu cür zorakılıq hərəkətlərindən sonra hakimiyyətlər devrilir.

- Ruslara necə rəğbət bəsləmək olar? Çarların dövründə təhkimçiliyə dözdülər, daha sonra özlərini kommunist quldurlara təhvil verdilər və indi də qanlı Putin oliqarxlarına qarşı sakit dayanıblar. Navalnı hər şeyi atsın, sığınacaq alsın və xatirələrini yazsın. Rusiya xalqı onun kimi bir insana layiq deyil. Onu Nobel Sülh Mükafatına təqdim edirəm.

- Davam et, Navalnı!

- Etirazlar vacibdir. Ancaq Rusiya xalqı Putini kənarlaşdırmaq istəyirsə, heç olmasa, ümumi tətil tələb olunacaq.

- Görünən budur ki, Putinin dövranı başa çatıb, amma özü bunu başa düşmür. Ümid edirəm, qan tökülməyəcək.

- Bunu əsasən kənardan müşahidə edərək öz-özümə belə bir sual verdim: bütün müxalif ruslar bir araya gəlsə, Rusiya həbsxanaları onların hamısını yerləşdirə bilərmi?

- Tamam, gizli saray artıq başqa bir yerdə tikilməli olacaq. Tualet üçün daha sadə fırçalar alınacaq.

- Ruslara uğurlar diləyirəm: Vaxtı keçmiş diktatordan qurtulsunlar!

- Kommunizm və zülm onların qanındadır. Orada kommunizm hələ də havada dolaşır - insanların davranışında da... Ruslar çox geridə qalıblar, onlara hələ əsr yarım vaxt lazımdır.

- Azad bir ölkədə yaşamaq arzusu! Bu, bəlkə də dünyanın hər yerindəki hər bir insanın ən təbii tələbidir!

- Narahat olma, Vlad. Çauşesku da belə edirdi və hər şey qaydasına düşdü.

- Ruslar normal uşaqlardır, lakin uzun müddətdir siyasi liderlərlə bağlı bəxtləri gətirmir. Bir gün onlar da demokratiyaya sahib olacaqlar.

- Putinin devrilməsi yaxşı olar.

- Alexey Navalnı planetin ən cəsur siyasətçisidir.

- Navalnı qlobalistlərin kuklasıdır.

- Xeyr, fəlakət olacaq. Rusiyadakı müxalifət sizin üçün qərbyönümlü liberal partiya deyil. Onlar kommunistlər və həddən artıq sağçı millətçilərdir.

- Haydı, ruslar. Bu oğrunun milyardlarla ofşor hesabı da var. Müxalifət liderlərini aradan götürür və bütün Rusiyanı biabır edir.

- Rusiya çarların dövründə feodalizm quruluşundan başladılar, birbaşa kommunizmə keçdilər və yenidən feodalizm sisteminə qayıtdılar. Yalnız çar yerinə Putindir və boyarların yerinə DTK-dan olan əlaltıları. Və Rusiya kəndliləri o vaxt yoxsulluq içində yaşadıqları kimi, hələ də elə yaşayırlar.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »