Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Gerye bizi aldada bilməz"
Qurban Qurbanov

"Həm rahat, həm çətin oldu. Bu komandaya hər zaman ciddi yanaşmışıq. Aqressiv futbol oynamaq istəyir, hücumlarda aktiv iştirak edirlər. Qalib gəlmək üçün hər şeyi etdik. Səhvlər qaçılmazdır. Getdikcə, komanda daha səliqəli oynayacaq. Qarşıda cavab oyunu da var".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində evdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Donald Geryenin komandadan ayrılmasına münasibət bildirib: "Gerye çox ağıllıdır, onu yaxşı tanıyıram. Bizi aldada bilməz. Razılığımız olmasaydı, gedə bilməzdi. Onsuz da onun oynaması sual altında idi. Mənə dedilər ki, variant olsa, Geryeni buraxarsınızmı. İcazə verdik, getdi".

Qurbanov futbolçu ilə təzminatsız vidalaşdıqlarını söyləyib: "Bu keçiddən heç nə qazanmadıq. Hər ailədə kaprizli övlad olur. Bunun kollektivə təsiri də var. Düşünürəm ki, ən doğru qərar oldu. Bu, digər futbolçulara da təsir edirdi. Hər şeyi gözə almışıq. Heyətdə oyunçu çatışmazlığı var. Amma onları əvəzləyən futbolçular pis təsir bağışlamırlar".

Baş məşqçi qapıçılar Şahruddin Məhəmmədəliyevlə Emil Balayev arasında fərq görmədiyini deyib: "Bu gün daha hazır olduğu üçün Balayevə şans verdik".

Qurbanov Kvabena Ovusunun 4 mövqedə oynaya bildiyini söyləyib: "Onda bu bacarıq var. Ona görə də fərqli mövqelərdə Ovusudan yararlanırıq. Belə futbolçulardan xoşum gəlir".

Təcrübəli mütəxəssis bildirib ki, Nurlan İbrahimovla bağlı hər hansı quruma müraciətin mənası olmayacaq: "Biz cəriməni düşünmürük. İşçimiz futboldan kənarlaşdırıb. Bizim ən çox bu amil narahat edir. Nurlana verilən cəza bizim üçün mənəvi zərbədir. Bizə ən çox təsir edən məhz budur. Sadəcə, "Qarabağ" adının məsuliyyətini hər zaman dərk etməliyik. Bu ad dünya ictimaiyyətində tez-tez çəkilir. Hər zaman düzgün addım atmalıyıq. Təbii ki, texniki səhvlər olur. Amma əsas klubun adını qoruyub-saxlamaqdır. Elə etməliyik ki, bizə qarşı antipatiya yaranmasın".

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »