Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kommunal xidmət göstərən qurumlar inhisarçıdır: "Sərfiyyatları hesablayan, informasiyaları yenidən emal edən proqram təminatları və informasiya sistemləti audit olunmalıdır"
Eyyub Hüseynov

Tarif Şurası 1 fevraldan əhali üçün içməli suyun qiymətini 2 dəfə artırıb. Bu gündən Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayon sakinləri üçün suyun 1 kubmetrinin qiymət 35 deyil, 70 qəpik olacaq.

Hələ benzinin və dizen yanacağının qiyməti bahalaşanda ekspertlər kommunal xidmətlərin suyun, elektrik enerjisinin və qazın, nəqliyyatda, metroda gediş haqqının, çörəyin də qiymətinin mərhələləi bahalaşacağını proqnizlaşdırıb. Odur ki, bu da son deyil.

Hazırda az qala bütün ölkə kommunal xidmətlər və bu xidmətlərin ödənişi üçün tətbiq edilən sayğaclaradan danışırlar və Ciddi narazılıqlara səbəblər:

-Kommunal xidmətlərin tarifləri qalxır. Hər dəfə qiymətlər artanda xidmətin keyfiyyəti yaxşılaşır deyilsə də, xidmətlərin səviyyəsi dəyişmir;

- “İnformasiya əldə etmək haqqında” qanuna görə (29.1.25. ) qiymətlərdə dəyişikliklərə aid informasiyalar ən azı 30 gün əvvəl açıqlanmalıdır. Tarif Şurası bütün qərarlarında qanunu pozur;

-Kommunal xidmət göstərən inhisarçı qurumları milyonlarla vəsaitin xərcləndiyi sayğaçları yenisi ilə dəyişdirirlər.

“Tarif Şurasının qiymət siyasəti ilə bağlı qeyri-şəffaflıq var. Bəzi mallar və xidmətlər var ki onların qiymətinin əvvəldən qalxması üçün iqtisadi əsas ola bilər, amma bu barədə qanuna əsasəb öncədən məlumat verilməlidir. Başqa ölkələrdə bu təcrübə var. Onda yerli istehsalçılar dövlətin aksiz siyasətinə uyğun özünün qiymət siyasətini formalaşdırır”.

Bunu Bizimyol.info-ya Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

Ekspert təəssüflə qeyd edib ki, Tarif Şurasında istehlakçıların hüquqlarını müdafiə edən ictimai təşkilat olmalıdır.

“Avtoyuma məntəqələri və yolların təmizlənməsində içməli sudan istifadə edilməməlidir. Parniklər içməli sudan istifadə edilir. Ölkədə içməli su oğurluğu halları var.

Suyun qiymətinin iki qat bahalaşması gərək insanların hamısını keyfiyyətli içməli suya əlçatanlığını təmin etsin”,-deyə E.Hüseynov bildirib.

Ekspert qeyd edib ki, əhalinin narazılığına səbəb olan sayğac məsələsilə ictimailəşəndən sonra və onların apardığı mübarizə nəticəsində “Azəriqaz” istehlakçının seçim hüququnu tanıyıb: “İstehlakçı hansı sayğaçı istəsə “Azəriqaz” onu quraşdıracaq. Yəni ya smart sayğac, ya da elektron-mexanika sayğacı quraşdırırlar. “Azəriqaz” məcburdur ki hər 5 ildən bir sayğacı dəyişsin.

Bu, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tapşırığıdır. Çünki 5 ildən sonra sayğac normal rejimdə işləmir.

Onu da bildirim ki yeni tikilən binaların sahibi olan MTK-lar sakinlərdən işıq, qaz və su sayğaclarının quraşdırılması üçün qanunsuz olaraq pul yığırlar”.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün sözlərinə görə, komminal xidmətlər sahəsində fəaliyyət göstərən dövlət müəssisələri inhisarçıdırlar: “Onlar kommunal xidmət sahəsində və ödənişləri hesablamaqla bağlı külli-ixtiyar sahibidir.

Uzun müddətdir ki, biz bu problemi qaldırır və təklif edirik ki, bu funksiyalar ayrılmalıdır.

Sayğac məsələsi, sayğaclardan informasiyanın oxunması və emalı məsələsi və vətəndaşa bildirişlərin verilməsi məsələsi “Azərşıq”, “Azəriqaz” və “Azərsu”-dan alınmalı və başqa quruma verilməlidir.

Məsələn, fikrimcə "sayğac , sərfiyyat hesablama və bildiriş" səlahiyyətlərini "Asan Kommunal" a vermək olardı.

Hər üç inhisarçının bütün sadalanan funkisiyalarının ASAN-a verilməsi, vətəndaşlar üçün vahid şəxsi kabinet, bir pəncərə müəyyən edilməsi, vətəndaşın onlayn olaraq öz vahid hesabından bu sayğaclara nəzarət etməsi çox faydalı olardı.

Hər üç inhisarçınının xidmətlərini özündə birləşdirən vahid informasiya sistemini qurmaqla ASAN Kommunal vətəndaşlara müntəzəm olaraq sərfiyyatla bağlı mesajlar da təqdim edə bilərdi.

Bununla, həm müvafiq dövlət nəzarətini həyata keçirən Antiinhisar Dövlət Xidməti üçün və elə vətəndaş üçün də daha effektiv nəzarət imkanları yaradılmış olardı.

Antiinhisar Dövlət Xidməti tərəfindən təbii inhisarçılara nəzarətlə bağlı əvvəlki dövrlərə nisbətən daha aktiv fəaliyyət müşahidə edilsə də, baş verənlər göstərir ki, daha effektiv və ağlabatan nəzarət mexanizmləri və rəqəmsall həllərə üstünlük verilməli, təbii inhisarçılarda şəffaflıq gücləndirilməli və hesabatlılıq artırılmalıdır.

Eyni zamanda kommunal xidmətlərlə bağlı sərfiyyatları hesablayan, informasiyaları yenidən emal edən proqram təminatlarının və informasiya sistemlətinin də digər bir dövlət qurumu tərəfindən, müstəqil ekspertləri də cəlb etməklə məcburi audit olunması üçün qanunvericilik dəyişməlidir.

Hazırda bu tip audit könüllüdür”.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »