Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: "Gürcüstan-Azərbaycan sərhəd danışıqlarında hər tərəfin öz qəti mövqeyi var"
Xarici İşlər Nazirliyi

“Azərbaycanın xarici işlər nazirinin Tbilisiyə ötən ilin sentyabrında səfəri zamanı Gürcüstan tərəfi qarşı tərəfə əlavə materiallar təqdim edib”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

Onun sözlərinə görə, həmin materiallar Azərbaycan tərəfindən tədqiq olunur: “Biz komissiyanın iclasının ən qısa müddətdə təyin olunacağını gözləyirik. Sərhəd danışıqlarına gəlincə, proses kifayət qədər həssasdır. Tərəflər məsələyə böyük məsuliyyətlə, ilk növbədə, ölkələrimiz arasında mövcud münasibətlərin ruhuna uyğun formada yanaşırlar. Bu, strateji tərəfdaşlıq ruhudur və bu ruhda çalışırıq. Lakin hər bir tərəfin öz qəti mövqeyi var”.

XİN rəsmisi Azərbaycanla aparılan sərhəd danışıqları ilə bağlı düşünülməmiş bəyanatlardan çəkinməyə çağırıb. O qeyd edib ki, bu cür bəyanatlar prosesə mənfi təsir göstərə bilər.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
››› Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »