Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kinoda "Qarabağ qəhrəmanı" olan məşhur aktyor Hadrutda öldürülüb - Foto
İşğaldan azad olunan Hadrutun yeni görüntüləri - Video

Ermənistanda populyar olan "Tevanik" filminin aktyoru Ovannes Xoderyan Qarabağda öldürülüb.

Real müharibəni kino kimi başa düşən aktyor Qarabağda Azərbaycana qarşı döyüşməyə gəlib və ordumuz tərəfindən məhv edilib. "Tevanik" filminin baş qəhrəmanı Ovannes Xoderyan Qarabağda qəhrəman ola bilməyib.

Onun "Yerablur" panteonunda dəfn ediləcəyi açıqlanıb. Bizimyol.info xəbər verir ki, bu barədə filmin rejissoru Civan Avetisyan xəbər verib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl aktyorun mümkün ölümü barədə bir status paylaşıbmış, amma ölüm faktı təsdiqlənmədiyinə görə paylaşımı silib. O zaman Ovannesin sağ qalmasına hələ də ümid varmış. Amma bu gün ona Xoderyanın ölümü barədə məlumat verilib.

Terrorçu aktyor üçün cənazə mərasimi bu gün saat 17:00-da "Surb Hakob" kilsəsində keçirilir. Dəfn isə sabah - 2 fevral tarixində baş tutacaq. O, saat 13:00-da "Yerablur" hərbi panteonunda basdırılacaq.

"Bizim Tevanik... Ağrımız böyükdür, sözlə ifadə etmək çətindir. Söhbətlərimiz, çəkilişlərimiz, yumor... Və indi qəhrəmanımızın mübarizəsi... Sənə əbədi eşq olsun, Ovik! Gülümsə, sənin sözlərin səni sonsuza qədər ürəyimizdə saxlayacaq... Geri çəkilmək hüququmuz yoxdur. Komandamla birlikdə həqiqətən qalib gəlmək üçün hər şeyi edəcəyəm",- deyə Avetisyan bildirib.

İlkin açıqlamalara görə, Xoderyan Hadrutda məhv edilib. Onun cəsədi bu günlərdə tapılaraq Ermənistana təhvil verilib.

Ovannes Xoderyan, "Tevanik" filmindən kadr Ovannes Xoderyan, "Tevanik" filmindən kadr

Qeyd edək ki, "Tevanik" 2014-cü ildə erməni rejissor Civan Avetisyan tərəfindən lentə alınıb. Film müharibənin ilk günlərində kiçik bir Qarabağ kəndindən olan üç yeniyetmənin həyatından bəhs edir. Filmin əsas qəhrəmanları 14 yaşındakı üç yeniyetmədir: Aram, Astik, Tevanik. Filmdə baş rol Tevanikdir və bu rolu Xoderyan oynamışdı. Filmdə qəhrəman olan aktyor real döyüşdə Azərbaycan ordusu tərəfindən məhv edilib.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »