Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sənədlərin tərcüməsi, surətinin düzgünlüyünün təsdiqinə görə dövlət rüsumu azaldılır
Milli Məclis

Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün dövlət rüsumunun məbləği dəyişir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat rüsum nəzərdə tutulur.

Layihəyə əsasən, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə 0,50 manat dövlət rüsumu tutulması təklif olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.(apa)

Paylaş »
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Vaksin varsa, sərt karantin niyə var?
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
Son xəbərlər
Bütün xəbərlər »