Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib
Milli Məclis

Fevralın 1-də Milli Məclisin 2021-ci ilin yaz sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclasda deputatları yaz sessiyasının başlaması münasibətilə təbrik edən Spiker bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin liderliyi və müdrikliyi Azərbaycanı qələbədən qələbəyə aparır. Məmnunluq hissi ilə qeyd edirəm ki, xalqımız 2020-ci ili uğurla başa vurub, 2021-ci ilə böyük ruh yüksəkliyi və ümidlər ilə qədəm qoyub.

Bu gün biz bir daha qürurla söyləyirik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək dövlətimizin ərazi bütövlüyünün bərpasına nail olub. Döyüş meydanında əldə edilən böyük zəfər siyasi-diplomatik müstəvidə də təsdiq edilib, uzun illər ərzində ölkəmizin inkişafına mane olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb.

Möhtərəm Prezidentimizin dediyi kimi, “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi.

... Biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!”

Spikerin çıxışı alqışlarla qarşılanıb.

Daha sonra Sədr ötən sessiyanın və ilin yekunları barəsində dekabrın 30-da məlumat verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün Milli Məclis bütün tədbirləri görüb. Milli Məclisin Sədri parlamentin indiyə qədər əldə etdiyi uğurları bu sessiyada da davam etdirəcəyinə və daha da artıracağına əminliyini ifadə edib.

Spiker bildirib ki, yaz sessiyasının qanunvericilik planı hazırlanıb və bu gün müzakirə ediləcək. Bu sessiyada biz digər qanun layihələri ilə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik.

Bundan əlavə, 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin gündəliyinə çıxarılacaq.

Sədr qeyd edib ki, yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri də Milli Məclisə təqdim ediləcək.

Çıxışının sonunda Sədr onu da diqqətə çatdırıb ki, bu gündən etibarən Milli Məclisin yeni saytı yeni dizaynda istifadəçilərin ixtiyarına verilib.

Gündəlikdəki məsələlərlə bağlı çııxş edən deputatlar Fazil Mustafa, Əli Məsimli, Zahid Oruc, Müşfiq Cəfərov, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Şahin İsmayılov, Tahir Kərimli, Elman Nəsirov və Erkin Qədirli fikirlərini bildiriblər, gündəliklə bağlı təkliflərini veriblər.

Sonra Millli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 19 məsələsinin ilk 4 məsələsi qərar layihələridir. Hər sessiyanın əvvəlində bilirsiniz ki, parlamentin qanunvericilik işləri planı qəbul olunur və parlament öz fəaliyyətini həmin plan əsasında qurur. Gündəliyin ilk məsələsi Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır.

Deputatlar qanunvericilik işləri planı haqqında fikirlərini bildirdikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı səsə qoyularaq təsdiqlənib.

Sonra Milli Məclisin Daxili Nizamnaməsinin tələblərinə uyğun olaraq Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil edilib.

Daha sonra iclasda Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin təqdimatından sonra deputatlar Razi Nurullayev, Hicran Hüseynova, Siyavuş Novruzov və Aydın Mirzəzadə namizəd barədə fikirlərini səsləndiriblər. Namizəd Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ səsə qoyularaq təsdiqlənib.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Konstisusiya Məhkəməsi haqqında Qanunun 13-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin olunduğu gün Milli Məclisin iclasında and içir.

Humay Əfəndiyeva Milli Məclisin iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin andını səsləndirib, bu şərəfli və məsuliyyətli vəzifəyə onun namizədliyini irəli sürdüyünə görə cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Sonra iclasda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi haqqında prezentasiya ilə çıxış edib.

Bildirib ki, bu sənəd iki ölkə arasında ikitərəfli əlaqələri gücləndirməklə strateji media ortaqlığının qurulmasını nəzərdə tutur. Qeyd olunub ki, Türkiyə mediasının tərkib hissəsini böyük media quruluşları təşkil edir və Türkiyə mediası qlobal medianın tərkib hissəsidir. Biz bunu praktiki olaraq 44 günlük müharibə dövründə bir daha gördük. Cənab Prezident İlham Əliyevin müsahibələrinin də dünyaya yayılması Türkiyə mediası üzərindən oldu. Ona görə də bu Memorandum mühüm əhəmiyyətə malikdir.

Komitə sədri Qənirə Paşayevanın və deputat Azay Quliyevin fikirləri dinlənildikdən sonra iclasda fasilə elan olunub.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »