Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin böyük köçü başladı
Ermənistan parlamenti

Qarabağ müharibəsindəki məğlubiyyət və bunun yaratdığı fəsadlar, eləcə də pandemiyanın onsuz da ağır durumda olan iqtisadiyyatı daha da çökdürməsi Ermənistan əhalisinin kütləvi emiqrasiyasına səbəb olub.

Fevralın 1-dən etibarən Rusiyanın Ermənistan vətəndaşları üçün hava sərhədlərini açması nəticəsində ermənilər dərhal bu ölkəyə üz tutmağa başlayıblar.

“Yeni Sabah” xəbər verir ki, ötən gün erməni mətbuatında Nikol Paşinyan hökumətinə ən qatı müxalifətçilərdən sayılan deputat Naira Zöhrabyanın parlamentdəki çıxışına geniş yer verilib.

Deputat deyib ki, sərhədlərin açılmasından sonra gözlənilən emiqrasiya ermənilərin tarix ərzində ən böyük köçü olacaq: “Təəssüf ki, gözlənilən emiqrasiya ermənilərin ən böyük köçü olacaq. Dünən Moskvaya bir tərəfə bilet 700 dollara satılıb, əgər Moskvaya biletlər hərraca çıxarılsa, buna təəccüblənməyin. Mənim Ermənistanı tərk edən ermənini ittiham etməyə haqqım yoxdur...”

Qatı millətçi və təxribatçı mövqeyilə seçilən Zöhrabyan iddia edib ki, hər hansı erməninin ölkəni tərk etməsi təkcə sosial problemlərlə yox, həm də “sabah türkün onun evinə girməyəcəyinə əmin olmadığı” üçündür. Deputat növbəti dəfə bütün günahın Paşinyan hökumətində olduğunu və ölkədən gedənlərin də əksəriyyətinin vaxtilə Paşinyanı dəstəkləyən vətəndaşlar olduğunu qeyd edib. /“AzPolitika.info”

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »