Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək
Sorğu - məmur

Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət verilməsi nəzərdə tutulur.

Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21.1.4-cü maddəsinə dəyişiklik təklif edilir.

Təklif olunan dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər.

Qeyd edək ki, hazırda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həmin çağırışçılara yalnız bir dəfə möhlət verilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.(apa)

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »