Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlar qəbul edərkən NK-nın aktlarına əsaslanacaq
Nazirlər  Kabineti

Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi qaydası dəyişir.

Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Normativ hüquqi aktlar haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayış (müvafiq layihələr əlavə olunmaqla (olduğu halda)) da əlavə olunmalıdır.

Qüvvədə olan qanuna əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər. Layihəyə əsasən, artıq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Nazirlər Kabinetinin aktına əsasən də qəbul edilə bilər. Başqa sözlə, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktı, habelə Konstitusiyadan, referendum aktlarından, Azərbaycan qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Nazirlər Kabinetinin aktına əsasən, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.(apa)

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »