Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat müfəssəl plan hazırlananadək tikintilərə icazə verilməməsini təklif edib
Milli Məclis

“Bu qanunun qəbul edilməsi müddətinin uzadılması problemlərin yaranmasına şərait yaradır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev deyib.

Deputat bildirib ki, palçıq vulkanı yanında, Teleqüllənin ətrafında tikintilər aparılır: “Müfəssəl plan hazırlananda bu tikililər söküləcək?! Bu yaxınlarda yenə Badamdarda sürüşmə baş verdi. Məhz Teleqüllənin ətrafında tikintiyə icazə veriləndə bilmirdilər ki, burada tikintiyə icazə vermək olmaz?! Təklif edirəm ki, müfəssəl plan hazırlanana qədər bu tikililərə icazə verilməsin. Əgər biz bu dəyişikliyi qəbul ediriksə, 8 il kifayət etməyibsə, onda məhdudiyyətlər nəzərə alınmalıdır. 11 il gözləyəcəyiksə, onda bu məhdudiyyətlərə də əməl edilsin”.

Birinci Vitse-spiker Əli Hüseynli isə cavabında bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra yeni şəhərlərin də müfəssəl planı hazırlanmalıdır: “Ona görə də aidiyyəti qurumun 3 il təklifi ilə çıxış etməsi əsaslandırılıb. Prezident İlham Əliyev də şəhərsalma məsələləri ilə bağlı tövsiyələr vermişdi. Onların da yerinə yetirilməsi üçün zamana ehtiyac var. Amma sizin dediyinizlə də razıyam ki, qanunun icrası ilə bağlı itirilmiş illər oldu. Şəhərsalma və Tikinti Məcəlləsi çox mükəmməldir. Bu məcəllənin real tətbiqinə son illərdə başlanılıb”.(apa)

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »