Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vidadi Muradovun AMEA-da rəhbərlik etdiyi sektor ləğv olundu
Vidadi Muradov

"Azərxalça" ASC-nin İdarə heyətinin həbs edilən sabiq sədri Vidadi Muradov Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən azad edilib.

"Report"un əldə etdiyi məlumata görə, o, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri vəzifəsindən çıxarılıb.

Həmçinin həmin sektor ləğv edilib.

Qeyd edək ki, V.Muradov yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Daha sonra yanvarın 10-da Prezident İlham Əliyev onu "Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edib.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »