Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərsu" ziyanla işləyir, rəhbərlikdəki qəbilə isə varlanıb harınlayır
Qorxmaz Hüseynov

"Azərsu" nümayəndələri guya mətbuat konfransı keçiriblər.

Oturuşdan, duruşdan, səs tonundan görünür necə harınlayıblar. Camaatın üstünə qışqırırlar kimi bir moda giriblər. Xalqa acıqlanırlar, ağzını yumub yerində oturdurlar.

Bircə o qalırdı ki, qalxıb jurnalistləri döysünlər ki, niyə sual verirsən... Jurnalist soruşur ki, kanalizasiya sistemi olmayan ərazilərdə niyə kanalizasiya pulu yığırsınız? "Azərsu" ASC-nin mətbuat xidməti Anar Cəbrayıllı acıqlanır ki, "sən nə çox sual verdin"!

Anar Cəbrayıllı Anar Cəbrayıllı

Xalqa qarşı bu cür ədabaz, aşağılayıcı münasibət, "əcəb edirəm" manerası hardan gəlir?! Özləri bir qiymət artımı ilə 95 milyon manatdan çox pulu camaatın cibindən çəkə və üstəlik, həmin cibinə girdiyi xalqı hələ bir borclu da çıxara... Daha nə deyəsən?!

Bir müddət əvvəl Anar Cəbrayıllı bir jurnalistlə şəxsi telefon söhbətində ən təhqiramiz ifadələrlə danışmışdı. Səbəbi də odur ki, jurnalist tanışı daha əvvəl Qorxmaz Hüseynova zəng edibmiş. Anar Cəbrayıllı da əsəbiləşib ki, "axı sən kimsən, Qorxmaz müəllimlə danışırsan". Ardınca da "sən çox "düüüüd" adamsan" seriyasından söyüşlər başlayır. Hətta "işverən" bir tonda "səni dama basmaq lazımdır" deyir.

"Bizim Yol" sosial şəbəkədə partlayan bu söhbətin audioyazısını yaymadı. Çox sadə səbəbdən. Çünki Anar Cəbrayıllı o söhbəti şəxsi hesab etdiyinə görə elə danışmışdı. Biz də şəxsi saydığımız söhbətlərdə öz nitqimizə sərbəstlik verə bilərik. O söhbəti yayan jurnalistin də hərəkətini yaxşı adlandıra bilmərik. Anar Cəbrayıllının cavabını elə orada özü verməli idi, amma heç bir halda o söhbətin audioyazısını yaymaq lazım deyildi. Çünki o, rəsmi bir sorğu deyildi. Qeyri-rəsmi təhqirə elə qeyri-rəsmi qaydada cavab verilməlidir.

Amma o audioyazı yayıldı. Orada Anar Cəbrayıllının nə deməsi deyil,  nəyə görə deməsi önəmlidir. O söhbət bir başqa məqamı ortaya çıxardı: "Azərsu" ASC-ni yerlilər və qohumlardan ibarət qəbilənin "mağarası"na çevirmiş Qorxmaz Hüseynov öz çevrəsində özünü "Allah" elan edib: Ona kimsə zəng edə bilməz, heç kim onunla danışmaq səviyyəsində ola bilməz, ləpirində namaz qılınmalıdır və s. Qorxmaz Hüseynov özünü Vito Korleone statusunda hiss edir. İnsafən, bu status ona tamamın yaraşır.

Reallıqda isə... Axı Qorxmaz Hüseynov kimdir ki, camaat onunla danışa bilməsin? Bu ölkədə elə bir adam göstərin ki, həyat tərzi və fəaliyyəti ilə Qorxmaz Hüseynovdan daha aşağıda olsun! Tapa bilməyəcəksiniz!

Nəhayət, niyə axı bu "Azərsu" ziyanla işləyir? Çünki qurumun aparatında işləyən ən zəif işçi "Range Rover"də gəzir. İndi Qorxmaz Hüseynovun ən yaxın qohumlarını təsəvvür edin. Özünü təsəvvür etməyin, havalana bilərsiniz...

Niyə "Azərsu"  ziyana düşdükcə, bu qurumun məmurları daha çox sərvət sahibi olub harınlayırlar? Hansı layihənin icrasına baxsanız, arxasından qohum-əqrəbanın gözə girən korrupsiyası çıxacaq.

Kamran Əliyev Kamran Əliyev

Baş Prokuror Kamran Əliyev isə bir müddət əvvəl deyirdi ki, "korrupsionerlərə daha dəqiq zərbələr endirməliyik". Kamran müəllim, 20 Yanvar dairəsinin yolunu tanımırsınızmı?

Bizimyol.info

Paylaş »
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
Son xəbərlər
Bütün xəbərlər »