Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Qlobal informasiya məkanı monopoliyadadır”
Etibar Əliyev

“Həmişə sensasiya axtarmaq bizim medianı gözdən salıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, jurnalistlər mütləq özlərini təkmilləşdirməlidir: “Qardaş Türkiyənin bu sahədə olduqca böyük təcrübəsi var”.

Deputat Sahib Alıyev isə qeyd edib ki, bu əməkdaşlıq Türkiyə və Azərbaycan arasında hərbi-texniki sahədə olan əməkdaşlıq qədər əhəmiyyətlidir: “Bunun qlobal və regional müstəvidə təsirləri olacaq. Qlobal informasiya məkanı monopoliya vəziyyətindədir. Dünyada nəyə baxmaq, nəyi oxumaq lazım olduğunu 5 böyük media korporativi müəyyənləşdirir ki, onun da hamısı ABŞ-da yerləşir. Kim fikirləşir ki, ermənilər və hay diasporu revanşist siyasətdən əl çəkəcək, onlar yanılır. Hay diasporu və erməni dövləti bu yöndə fəaliyyətlərini davam etdirəcək. Ən əsası da informasiya savaşında. İnformasiya savaşından ermənilər ancaq kamuflyaj kimi istifadə edir. Bu baxımdan Türkiyə ilə media sahəsində əməkdaşlıq olduqca önəmlidir. Hələ ulu öndər o zaman Süleyman Dəmirəllə birlikdə türk televiziyası yaratmaq ideyasını irəli sürmüşdü. Bu ideya reallaşacaqdı. Ancaq mərkəzi Asiyada olan dövlətlərdəki problemlər bu ideyanın həyata keçməsinə mane oldu. Amma artıq bu ideya başqa formada reallaşır. Bu həm də ortaq türk dilinin yaranmasına şərait yaradacaq”.(apa)

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »