Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağçaların aqibəti necə olacaq… - Valideynlər etiraz edir
Uşaq bağçası

Bu gündən etibarən məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi formada başlayıb. İbtidai siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa edilib.

Məktəblərin açılmasından sonra bağça yaşında övladı olan valideynlər etiraz edərək, bağçaların da açılamasını tələb edirlər.

Bağça yaşlı övladları olan Aysel Əliyeva Bizimyol.info-ya müraciət edərək, işləyən valideynlərin artıq 1 ildir əziyyət çəkdiyini bildirib: “İşləyən valideynləri nəzərə alan yoxdur. Köməyi olmayan analar övladını hara qoyub işə çıxsın? Çətin vaxtdır. 1 nəfərin işləməsi ilə ailəni dolandırmaq olmur. Kommunal xərclər, qidalar, geyim bir sözlə hər şey bahadır. 2 uşaqlı ailə 300 manatla necə dolansın axı? Heç olmasa, həmin valideynləri nəzərə alaraq kompensasiya verilərdi ki, axı bu insanlar 1 ildir işə çıxa bilmir. Uşaqlarımız ev şəraitində qalmaqdan çox geriləyiblər. Fiziki aktivlik lazımdır bu yaşda uşaqlara. Onların da psixalogiyasına mənfi təsir edir bu hal. Məktəblər açıldığı kimi bağçaların da açılmasını tələb edirik. Kafe-restoranlarda yemək yeyən zaman hamı maskasız olur. Orada korona yoxdur bəyəm? Restoranlar açıla bilirsə, onda bağçalarda açılmalıdır”,-deyə Aysel xanım bildirib.

Elçin Əfəndi Elçin Əfəndi

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bağçaların açılması ilə bağlı hazırda yalnız müşahidə aparılır.

“İlkin ehtimalla növbəti vaxtda artıq qərar veriləcək ki, bağçalar açılsın və ya açılmasın. Hələki mövcud vəziyyət bağçaların açılmamasını əsaslandırır. Çünki yoluxma sayı 100-ün üzərindədir. Düşünürəm ki, fevral ayının 10-dan sonra bu barədə qərar veriləcək. Tədricən bağçaların da açılmasına start verilməlidir. Bağça yaşında olan şagirdlər hansı ki, məktəbə qəbul olmaq üçün imtahanlarda, müsabiqələrdə iştirak edəcəklər onları nəzərə almaq lazımdır. Müvafiq qaydalara, izolyasiya qaydalarına riayət etməklə həftənin müəyyən günləri və müəyyən saatlar daxilində bağçaların açılması məqsədə uyğun sayıla bilər”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »