Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli professordan koronavirusun pik həddi - Həkimdən açıqlama
Bünyamin Sertoğulları - Həkim

Türkiyəli professor Bünyamin Sertoğulları koronavirus yoluxmalarının fevral ayından etibarən yenidən artacağını iddia edir.

Türkiyə mətbuatı xəbər verir ki, professor bunu karantin tədbirlərinin yumşaldılması ilə əlaqələndirib.

“Son günlərdə insanlar tədbirlərə əməl etmir, küçələrə çıxır, qohumlarını ziyarət edir. Bu, qorxduğumuz mənzərədir. Virus yenidən aramızda dolaşmağa başlayıb. Xəstə sayının və süni nəfəs aparatına bağlanan insanların azalması sizi aldatmasın. Əgər əhali tədbirlərə riayət etməsə, vəziyyət kritik həddə çatacaq. Daha çox gənc nəsil çıxıb gəzməyə üstünlük verir. Xəstəlik riski az olduğundan çoxu koronavirusu asimptomatik keçirir. Bu da aşağı düşən xəstə sayının çoxalmasına səbəb olur. Virusun yayılacağını nəzərə alsaq, xəstəlik fevral ayının ortalarında pik həddə çatacaq. Xüsusilə mağazalarda sıxlığın olması bizi narahat edir.

Bir qrup əhali peyvənd olunsa da, karantin qaydalarına əməl etməyə davam etməlidir. Peyvəndin təsirinin görünməsi üçün bir ay ərzində 2 doza tətbiq olunmalıdır. Kütləvi immunitetin yaranması üçün əhalinin ən az 60 faizinin peyvənd olunması lazımdır”.(publika.az)

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »