Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan baş nazirinin xanımı ABŞ-da etirazla qarşılanıb
Nikol Paşinyan və Anna Akopyan

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı ABŞ-ın Los-Anceles hava limanında yerli erməni diasporunun nümayəndələri etiraz aksiyası ilə qarşılayıb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Diasporun təmsilçisi Robert Markaryan bildirib: “Onu “Ali satqının arvadı!” şüarı yazılan plakatla qaşıladıq. O, başıaşağı, sifəti qızarmış şəkildə keçib getdi. Onlar bilməlidir ki, hara getsələr, belə səhnə ilə qarşılaşacaqlar”.

“Sputnik Armeniya” Anna Akopyanın doğum günü ərəfəsində ABŞ-a səfərinin məqsədini öyrənə bilmədiyi barədə məlumat yayıb. Bildirilib ki, onun köməkçiləri Ester Saakyan və Alina Karapetyan agentliyin zənglərinə cavab verməyib.

Xatırladaq ki, bundan bir müddət əvvəl Anna Akopyan Moskvaya xüsusi səfər edib. Onu iki qızı Mariam və Şuşan, habelə mühafizə xidmətinin çoxsaylı əməkdaşı müşayiət edib.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »