Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suyun qiymətinin artması başqa sahələrdə bahalaşmaya səbəb olacaq
Su kranı

Yanvar ayının 31-i Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Belə ki, iclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılmasına səbəb kimi son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərclərinin artması, həmçinin Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlərin fəaliyyət üzrə xərcləri qarşılamaması göstərilib. Bəs görəsən suyun qiymətinin artması hansı sahələrə təsir edəcək?

Xətai Alıyev Xətai Alıyev

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı iqtisadçı Xətai Alıyev bildirib ki, su əslində maya dəyərində çox cüzi yer tutan məsələdir. Onun sözlərinə görə, fantastik qiymət artımını gözləmək mümkün deyil.

“Hazırda pandemiya dövrüdür və iqtisadi aktivlik zəifdir. Ümumi olaraq götürdükdə suyun daimi olaraq istifadə edildiyi sahələr var. Suyun qiymətinin artması məsələn, tərəvəz, göy-göyərti və s. bu kimi məhsulların bahalaşmasına səbəb ola bilər. Su əslində maya dəyərində çox cüzi yer tutan məsələdir. Fantastik qiymət artımını gözləmək mümkün deyil. Suyun əsas təsiri sosial təsirdir.

Maşınların yuyulmasında, içməli suların qiymətində də artım müşahidə ediləcək. Nə qədər artacağını indidən demək mümkün deyil, çünki, maya dəyərinin formalaşmasında içməli suyun özünün qiyməti, xərci nə qədər təşkil edir onu bilmək lazımdır. 1 butulka suda 10 faiz içməli suyun öz qiymətinə görə, 90 faiz isə onun dadlaşdırılması, işçilik xərci, çatdırılması və satışına görədi. 10 faizin təsiri əslinə qalsa, az olmalıdır. Lakin süni olaraq nə qədər artıracaqlarından əmin deyiləm”,- deyə bildirib.

Qeyd edək ki, qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir.

Leyla Mirzə

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
Son xəbərlər
Bütün xəbərlər »