Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında irəli sürdüyü təklifləri demək istədiyini bildirib.
Bizimyol.info-nun məlumatına görə plenar iclasda deputat Əli Məsimli bildirib : “Bizə mütəmadi olaraq, şəhidlərin oxuduğu məktəbə onların adlarının verilməsi ilə bağlı müraciətlər daxil olur. Əsasən məlumatları “ Yaşat” Fondu vasitəsilə ordan bizə informasiyalar verirlər. Mn istərdim ki, yerli struktira aid olan məsələləri özləri həll etsinlər. Bizə aid olan məsələlər ilə isə özümüz məşğul olaq. Təklif edirəm ki, adlar verilərkən şəhidlərin oxuduqları məktəbə, yaşadığı küçələrə adlar verilən zaman şəhidlərin adlarına üstünlük verilsin”.
Gülnarə ƏMİRQIZI