Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: Keçirilən əməliyyatlarla 8 kq narkotik dövriyyədən çıxarılıb
Polis əməliyyatı  -  bandotdel

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 305 qram heroin, yaşadığı mənzildən isə 1 kiloqram 831 qramdan artıq heroin, 2 kiloqram 72 qramdan artıq metamfetamin, 256 qramdan artıq tiryək və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini Q.Həmidli Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 500 qram heroin, 460 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Bundan başqa, Daşkəsən polisi tərəfindən keçirilən əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Quşçu kənd sakini, əvvəllər məhkum olunmuş A.Orucov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 26 qramdan artıq, yaşadığı evin həyətinə baxış zamanı isə 1 kiloqramdan artıq marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »