Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Plenar iclasda parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib
Milli Məclis

Bu gün keçirilən plenar iclasda Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilib.

Bizimyol.info xəbər verir ki, qanunvericilik işləri planına daxil edilən qanun layihələri aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidenti-nin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının Milli Məclisi İntizam Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar layihəsi;

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" bölməsinin yeni redaksiyasının layihəsi;

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

6. “Lombardlar haqqında” qanun layihəsi;

7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

8. “Ali təhsil haqqında” qanun layihəsi;.

9. “Təhsil kreditləri haqqında” qanun layihəsi;

10. “Turizm haqqında” qanun layihəsi;.

11. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

12. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;

13. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Müzakirələrdən sonra Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı səsverməyə çıxarılaraq təsdiqlənib.

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
Son xəbərlər
Bütün xəbərlər »