Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Namazov: “Rusiya sülhməramlılarının fəaliyyətini dəqiq izah edən protokol imzalamalıyıq”
Eldar Namazov

Yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub.

Açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər. Mərkəzin əsas məqsədi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir. Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Monitorinq Mərkəzində həm Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərəcək.

Politoloq Eldar Namazov hesab edir ki, Türkiyə sülhməramlılarının bölgəyə gəlişi böyük uğur olsa da, Rusiya sülhməramlılarının fəaliyyətinin konturlarını dəqiqşləşdirən protokolun imzalanması vacibdir. Bizimyol.info-ya açıqlama verən politoloq mərkəzin yaradılması zərurəti barədə danışarkən bunları qeyd edib:

“Münaqişə davam etdiyi müddətdə Minsk qrupu ciddi addım atmasa da, post –münaqişə dövrünə hazırlıq görürdü, müəyyən sənədlər hazırlayırdıp. Həmin sənədlərdə 4 işçi qrupunun yaradılması nəzərdə tutulmuşdu. İşçi qruplardan biri bu sülhməramlılarla , digəri kommunikasiyaların açılması ilə , biri köçkünlərin öz yurdlarına qaytarılması və sonuncusu statusla bağlı idi. İndi post münaqişə dövrü başladı. Amma biz bu dövrə sülh danışıqları ilə yox, müharibə nəticəsində qədəm qoyduq. Minsk qrupunun nəzərdə tutduğu o komissiyalardan ikisi artıq qurulub. Moskvada baş nazirlərin müavinləri səviyyəsində keçirilən görüşdə kommunikasiyalarla bağlı komissiya yaradıldı və bir də Türkiyə -Rusiya sülhməramlılarının Ağdamda yaradılmış Monitorinq Mərkəzi barədə danışıqlara yekun vuruldu. Gələcəkdə yəqin ki, köçkünlərin öz torpaqlarına qaytarılması ilə bağlı işçi qrup da yaradılacaq. Amma müharibə həmin planlarda böyük dəyişikliklər aparılması zərurəti yaratdı. Minsk qrupuun sənədlərinə Türkiyənin gəlib Rusiya ilə birgə monitorinq aparması barədə heç bir fikir daxil edilməyib. Çünki, bu heç kimin ağlına gələ bilməzdi. Bu gün baş verən bir çox hadisələr həmin sənədlərə nisbətdə böyük uğurdur. Türkiyənin burda olması bizim qazancımızdır. Bizim bir neçə böyük qazancımız oldu. Misalçün, həmin sənəddə ordumuza qadağan qoyulurdu ki , işğaldan azad edilmiş ərazilərə gedə bilməz.Əgər sülhlə azad olsaydı. Orda yalnız polisimiz ola bilərdi. İndi isə bazalarımız tikilir. Vacib geopolitik dəyişiklik də bu odlu ki, Türkiyə monitorinqdə iştirak edir. Monitorinq məsələsi çox vacibdir. Sülhməramlıların missiyasının ən vacib hissəsi monitorinq aparılmasıdır.Kim qaydaları harda nə vaxt pozub. Bunlara monitorinq mərkəzi qiymət verəcək.Alqoritm təqribən bəlli idi. Amma uzun müddət müzakirə olunan və nəhayət qəbul edilən sənədlədə indən belə dəqiq göstəriləcək ki, sülhməramlılar nəyi edə bilərlər, nəyi edə bilməzlər. Həftələrlə Rusiya ilə Türkiyə arasında danşıqlar getdi və nəhayət protocol imzalandı ki, hər şey dəqiq bilinsin. Rusiyanın sülhməramlılarıyla bağlı bizdə sənəd , protokol yoxdur və ruslar bu boşluqdan istifadə edirlər. Mən hesab edirəm ki, bu məsələyə dair Azərbaycanla Rusiya arasında protokol imzalanması vacibdir. Sülhməramlı da bilməlidir ki, nəyi edə bilər, nəyi edə bilməz. Fransadan, Rusiyadan gələn rəsmilərin bizim icazəmiz olmadan Qarabağa buraxılması və orda qəbul edilməsi bu boşluqların nəticəsidir.Ümumiyyətlə, məntiq yoxdur. Azərbaycan Prezidetinin iradlarından sonra mən Lavrovun verdiyi açıqlamanı dinlədim. O deyir ki, Azərbaycan Prezideti koidorun açılmasına icazə verib. Bəli, inkar etmirik. Amma bu o demək deyil ki, o dəhlizdən kim istəsə keçə bilər. Silahlı qvvələr, tanklar , bizim qəbul etmədiyimiz şəxslər keçə bilməzlər. Sülhməramlılar kimin gəlib, kimin gələ bilməyəcəyinə qərar vermək səlahiyyətində deyillər.Suveren dövlət olaraq, bizim ərazilərimizlə bağlı qərarı rus sülhməramlısı verə bilməz. Ona görə protokolun imzalanmasıı və konturların müəyyən edilməsini vacib hesab edirəm.

Artıq yeni reallığın ilk konturları bəlli olur. Bundan sonra bütün fəaliyyətlər bu iki tərəfin iştirakı ilə həyata keçiriləcək. Daha vacib bir məqam. Qarabağla bağlı məsələlərdə Ermənistan iştirak etməyəcək.Ötən ilin noyabrında Ermənistan XİN rəhəbəri Moskvaya səfəri zamanı bir fikir səsləndirmişdi, və Lavrov da bildirmişdi ki, həm monitorinq mərkəzinin işi, həm Rusiya tərəfindən yaradılmış idarələrarası humanitar mərkəz beynəlxalq status alacaq. Səbəb odur ki, ora xərci təkcə Rusiya çəkməsin.Orda Erməistanın iştirakı yoxdur. Azərbaycan Qarabağla bağlı məsələlələrdə Ermənistanın iştirakını qəbul eləmir. Çünki, Qarabağ bizim daxili məsələmizdir.Türkiyə mexanizmi unikal mexanizmdir. Dünyada belə bir təcübə yoxdur. Ermənistanla iki dövlət arası məsələlər müzakirə olunur. İnstitutsional olaraq indi Türkiyə regionda təmsil olunur və bu bizim üçün yeni imkanlar açır”.

İlhamə

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq etdi
››› Paşinyanın Yerevanda daha bir layihəsi: baş tutacaqmı?
Son xəbərlər
Bütün xəbərlər »