Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın sözçüsü ekspertləri Qarabağ müharibəsini araşdırmağa çağırır
İbrahim Qalın

Türkiyə Qarabağın azad edilməsi prosesində Azərbaycanın yanında yer aldı, “bir millət, iki dövlət” prinsipindən hərəkət edərək azərbaycanlı qardaşlarının 30 ilə yaxındır davam edən Qarabağ həsrətinə son qoydu.

Virtualaz.org xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın dünən yanvarın 31-də keçirdiyi brifinqdə deyib.

“Böyük ədalətsizlik ortadan qalxmış oldu. Həm sahədə, həm masada yürüdülən diplomatiya və bunu dəstəkləyən ünsürlərin uğurları baxımından da böyük önəm kəsb edir. Qarabağ müharibəsinin və prosesinin idarə edilməsi mövzusu əslində gənc ekspertlər üçün çox yaxşı araşdırma mövzusudur. Beynəlxalq və xarici siyasət məsələləri üzrə çalışan dostlarımıza bu məsələdə daha detallı çalışmalarını tövsiyə edirəm”,-İbrahim Kalın bildirib.

Ərdoğanın sözçüsü deyib ki, tədqiqatçılar 30 ilə yaxın dondurulmuş münaqişənin 44 günlük mübarizə nəticəsində necə həll olunduğunu, işğala necə son verildiyini, bu prosesdə nələr yaşandığını araşdıra bilərlər.

“Bu prosesdə nələr yaşandı? Nə cür addımlar atıldı? Bunları araşdırmaq həqiqətən mühüm tədqiqat olacaq. Qarabağ məsələsinin böyük ölçüdə həll edilmiş olması həm Cənubi Qafqazda, həm Şimali Qafqazda yeni geosiyasi durum ortaya çıxaracaq və burada yeni imkanların, fürsətlərin meydana çıxması qaçılmazdır. İnşallah ki, bunu yaxın zamanlarda birlikdə görəcəyik”,-Türkiyə prezidentinin sözçüsü qeyd edib.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »