Milli Məclisin iclasında millət vəkili Tahir Kərimli Tarif Şurasının qiymət artımına etirazını bildirib:
“Bildirmək istəyirəm ki, Tarif Şurası başımızın üstündə kabus kimi dolaşır. Bilmədiyimiz qüvvələr müharibədə qazandığımız qələbələri xalqın gözündən salmağa çalışırlar”.
Bizimyol.info verir ki, bunu deputat Tahir Kərimli parlametin yaz sessiyasının ilk iclasında çıxış edərkən deyib.
“ Tarif Şurasının qərarını əvvəldən bilmək olmur, zəlzələ kimi. İnsan içinə çxmaq olmur. Hamı deputatlardan soruşur.. Soruşmaq lazımdır ki, hansı hüquqa söykənərək, qiyməti qaldırır?! Mən bununla bağlı narahatlığımı bildirəm. Bu iş belə gedə bilməz. Prezidentin gördüyü işlərə kölgə salırlar. Demək istəyirəm ki, biz təcili Tarif Şurasını ya ləğv etməliyik, ya da bu qiymətləri bizə təqdim olunmalıdır.