Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.
Məlumata görə, bununla bağlı müvafiq sənəd imzalanıb.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə Təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.(Report)