Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha “ağzımıza su alıb” otura bilməyəcəyik
Daha “ağzımıza su alıb” otura bilməyəcəyik

Yanvarın 31-də Tarif Şurası aidiyyəti qurumların müraciətlərinə baxıb və “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub. Bu o deməkdir ki, aidiyyəti qurum bir olmayıb, başqa bahalaşmalar da gözlənilir.

Qərar dərhal, yəni 2021-ci il fevralın 1-dən qüvvəyə minir. Yəni fevralın birindən dahi Nizami demiş “artıq içiləndə dərd verər su da”. Daha suyumuz od qiymətinə olacaq. Ağzımıza su alıb otura bilməyəcəyik, haranısa su yoluna döndərməyəcəyik, “Küçələrə su səpməyəcyik”, heç həmişə təmizlikdə də olmayacağıq. Yavaş – yavaş pandemiya aradan qalxar deyib ümidlənmək isyəyirdik, bəlkə insan üzü görüb özümüzə gələrik deyirdik, xəyallarımız suya düşdü. Yox üzr istəyirəm, islanmaq bahalı ifadə olur, xəyallarımız altını islatdı desək daha düz olar.

“Azərsu” ASÇ-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, ödənişin artması nəticəsində Azərsu-nun köhnə təchizatı yenilənəcək. Belə ki, avadanlıqlar sonuncu dəfə 2011-2013-də dəyişdirilib və fasiləsiz olaraq 24 saat işləyirlər. Bu Azərsu 204 milyonluq bina tikdirməsini qiymətləri ikiqat artırmaqla rəsmən xalqın dərsindən çıxardır. " içməli " suyu əhaliyə texniki suyla eyni qiymətə "sırıyır ". Əhaliyə verilən " içməli suyun" keyfiyyət göstəriciləri qəbul olunmuş göstəricilərə uyğun gəlmir və bu suyun kimyəvi bioloji , sanitar bioloji yoxlanışları da şübhəlidir .

“Azərsu” özü üçün 204 milyon manata inzibati bina tikməsə idilər ən az 4 il dövlət büdcəsindən subsidiya almaya bilərdi. O da olmasa ən azından pandemiyanın davam etdiyi və əhalinin gəlirləri minimum həddə düşdüyü hazırkı şərtlər daxilində qiymətlər artırılmazdı.

Dünya təcrübəsində flaqman tikinti layihələrini biznes yerinə yetirir və bu layihələr də əsasən turizm məqsədələri üçün istifadə edir və məqsədə iqtisadi aktivliyin artırılması olur. Bizdə isə müvafiq layihələr dövlət qurumları tərəfindən icra edilir (özlərinə inzibati bina tikmək üçün) və diqqət etsəniz heç biri turizm məqsədələri üçün istifadə edilən yerlərdə tikilməyib. Bu layihələrin xərcini isə sonunda sadə vətəndaşlar ödəyir. Binaların tikintisinə, bu qurumlarda baş alıb gedən korrupsiyaya, səmərəsizliyə göz yumanda bir gün onun bədəlini xalq ödəyir.

Pensiyalar qalxır sözü eşidəndə həmişə canımıza vicvicə düşür. Çünki bu artımın pensiyaçı olmayan kütlədən 3 qat artıq çıxacağı bəllidir. Marketdə səssiz- küysüz, altdan- altdan artan qiymətləri, benzinin qiyməti, fondlara könüllü adıyla məcburi tutulan maaş faizləri, bu gün də üzərinə gəldi suyun ikiqat artan qiyməti. Artan təqaüddən əlavə 100 manat mənfi çıxır ortaya. Pandemiya dövründə işsiz əhaliyə verilmiş 190 manatı da, qələbəyə çəkilmiş xərcləri də hökumət rəsmən insanlara “ qusdurur”. Bu dönəmdə qazanan bir tək aptek və marketlər oldu. Apteklər can bazarına çıxıb hansısa vacib dərmanı n3 qat qiymətinə satanda Səhiyyə Nazirliyinə “ gözün üstə qaşın var” deyən olmadı deyə “Azərsu” da dərs götüdü. “Xidmətlərin və əmtəələrin qiymətlərinin artırılması yolu ilə gəlirlərin xərcləri üstələməsi də təzə bəhanə kreativ ideyadır.

Azərbaycan İnvestisiya Holdinqinin( AİH) tərkibinə daxil oan bütün qurumlar bax beləcə canımıza qəsd edəcək.

İlk sınaq dizelin və benzinin qiymətinin artırılması oldu. İkincisi isə, suyun qiymətinin artırılması. 2021-ci ilin sonunda deyəcəklər ki, AİH-nin fəaliyyəti nəticəsində dövlət büdcəsindən asılılıq azalıb, filan müəssisələr mənfəətlə işləməyə başlayıb . Məlumat üçün deyək ki, Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” "BakuBus"MMC, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti də AİH-nin tabeliyinə verilib.

Nə olacağını bilirsiz. Amma qorxmayın. Birdən-birə hamısında qiymət artımı olmaycaq. Həftədə birini elan edəcəklər ki, həyəcandan ürəyimiz partlamasın.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »