Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərsu” Ceyranbatan Su Anbarından suyu pulsuz götürüb 1 manata satır: Ekspert növbəti qiymət artımının anonsunu verdi
Manat - Maaş

Tarif Şurasının bazar günü, yanvarın 31-də açıqladığı məlumata əsasən, fevralın 1-dən etibarən əhali üçün içməli suyun qiyməti ikiqat artırılıb.

Bizimyol.info xəbər verir ki, Tarif Şurasının iclasında "Azərsu" ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

“Hökumət suyun qiymətini 2 dəfə artırdı. Əslində istehlak olunan suyun qiymətini 70 qəpik yox, 1 manatdan hesablayın. Çünki hökumət mənzildə nə qədər su istehlak eləsəniz, onu kanalizasiya və qeyri-kanalizasiya istehlakı kimi ayırmır - bütün istehlakı içməli su və kanlizasiya tarifinə birlikdə vuraraq qəbzdə cəmi ödəməli olduğumuz haqqı yazır. Yəni su kranınız açıldğı an, tarif 1 manatdan hesablayır. Sayğac onu kanalizasiya və qeyi-kanalizasiya məqsədli su kimi ayırıb haqq hesablamır”.

Bunu Tarif Şurasının qərarını dəyərləndirən iqtisadçı Rövşən Ağayev qeyd edib. O, vurğulayıb ki, Azərbaycan vətəndaşının büdcəsi üçün bu çox yüksəkdir.

Rövşən Ağayev Rövşən Ağayev

Ekspert bildirib ki, mənzillərdə istehlak olunan suyun bütün həcmini bir dəfə kanalizasiya tarifinə, bir dəfə təzədən istehlak olunan su həcminə vurmaq tariflərlə manipulyasiyadır.

İqtisadiçı-ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) tabeliyində verilən müəssisələrin xidmətlərin və əmtəələrin qiymətlərinin artırılması müşahidə edilir: “Belə getsə AİH axırımıza çıxacaq. AİH-nin yaradılma məqsədlərindən biri onun tabeliyinə verilən dövət müəssisələrinin (SOCAR, Azərsu kimi) fəaliyyətinin mənfəətliliyini təmin edilməsidir. AİH də xidmətlərin və əmtəələrin qiymətlərinin artırılması yolu ilə gəlirlərin xərcləri üstələməsi “üsul”unu tapıblar.

İlk sınaq dizelin və benzinin qiymətinin artırılması oldu. İkincisi isə suyun qiymətinin artırılması. 2021-ci ilin sonunda deyəcəklər ki, AİH-nin fəaliyyəti nəticəsində dövlət büdcəsindən asılılıq azalıb, flan müəssisələr mənfəətlə işləməyə başlayıb və s. Başqa sözlə deyəcəklər "Dua edin ki, AİH var"...

Qeyd edim ki “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, “BakuBus"MMC, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və başqa müəssisələr də bu qurumun tabeliyinə verilib”.

İndiyədək qüvvədə olan tariflərə görə isə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün bir kubmetr suyun qiyməti 35 qəpik, digər inzibati ərazi vahidləri üçün 30 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi ölkə üzrə bir kubmetr üçün 15 qəpik səviyyəsində olub.

Tullantı sularının axıdılması tarifi digər abunəçilərə suyun bir kubmetri üçün 1 manat səviyyəsində qalıb.

Xatırladaq ki, 2016-cı ildə Tarif Şurası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər min kubmetr suyun topdansatış tarifi barədə” 26 iyun 2007-ci il tarixində verdiyi qərarı ləğv edib. Həmin qərara görə, “Azərsu” bu anbardan götürdüyü suya, Əlavə Dəyər Vergisi nəzərə alınmadan, 20 manat ödəyirdi. Həmin ildən belə “Azərsu” Ceyranbatan Su Anbarından suyu pulsuz götürür.

Paylaş »
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
››› Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »