Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Myanma lideri naməlum şəxslər tərəfindən saxlanılıb
Myamma

Myanmarın dövlət müşaviri Aun San Su Çji, faktiki olaraq hökumət başçısı, həmçinin ölkə prezidenti Vin Myin naməlum şəxslər tərəfindən saxlanılıb.

Bu barədə hakim partiyanın nümayəndəsi Mio Nyunt “Reuters” agentliyinə bildirib.

Agentliyin verdiyi xəbərə görə, yüksək çinli bir neçə partiya nümayəndəsi də saxlanılanlar arasındadır. İnsidentin səhər saatlarında baş verdiyi deyilir.

“Xalqımıza demək istəyirəm ki, tələsik reaksiya verməsinlər və qanuna uyğun şəkildə hərəkət etsinlər”, - deyə Nyunt əlavə edib.

“Sinhua” agentliyinə müsahibəsində o, saxlanılanlar arasında Şan ştatının planlaşdırma və maliyyə nazirinin, Kaya ştatında partiya bölməsi sədrinin və İravadi region parlamentində hakim partiyanın digər üzvlərinin olduğunu qeyd edib.

“France Press” agentliyinin xəbərinə görə, söhbət dövlət çevrilişindən gedir.

“Eşitdiyimizə görə, o, Myanmanın paytaxtı Neypidoda saxlanılır, ehtimal edirik ki, ordu hazırda dövlət çevrilişinin təşkilini həyata keçirir”, - deyə Nyunt bildirib.

Nyunt özünün də həbs olunacağı qənaətindədir. O, “France Press” agentliyinə Aun San Su Çjinin Myanma hərbçiləri tərəfindən saxlanıldığını deyib.

Myanmanın ən böyük şəhəri olan Yanqon meriyası ətrafında hərbçilərin yerləşdirildiyi də bildirilir.(apa)

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq etdi
››› Paşinyanın Yerevanda daha bir layihəsi: baş tutacaqmı?
Son xəbərlər
Bütün xəbərlər »