Gürcüstanın Axalkalaki şəhərinin mərkəzində etiraz aksiyası keçirilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sakinlər koronavirusla əlaqədar tətbiq olunan qadağaların ləğv olunmasını və Gürcüstan-Ermənistan dövlət sərhədinin açılmasını tələb ediblər.
Qeyd edək ki, Axalkalaki ermənilərin kompakt yaşadığı şəhərdir.