Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvadakı etiraz aksiyası başa çatdı
Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021

Rusiyanın Moskva, Novosibirsk, Yekaterinburq və Xabarovsk şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, artıq paytaxt Moskvada “Çistıye qrudı” və “Trubnaya” metro stansiyaları yaxınlığında bir qrup gənc saxlanılıb. Onların arasında xarici vətəndaşın da olduğu bildirilir. Bundan başqa, şübhəli şəxslərin çantaları yoxlanılır.

Yekaterinburqda mitinqə 2 minədək insan toplaşıb. Polis səsgücləndiricilər vasitəsilə ictimai asayişi qorumağa çağırır.

Novosibirskdə isə 500-dək insan aksiyaya qoşulub.

Xatırladaq ki, bənzər aksiyalar yanvarın 23-də də keçirilmişdi. Etirazçılar müxalifətçi bloger Aleksey Navalnının həbsinə etiraz olaraq meydanlara çıxmışdılar.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu insanları bu gün icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »