Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi və "Barselona" arasında növbəti gərginlik: Klub bəyanat yaydı
Messi

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi gələcək taleyi ilə bağlı tezliklə açıqlama verəcək.

"Report"un "Caught Offside" nəşrinə istinadən məlumatına görə, bu, argentinalı hücumçunun əmək haqqısına dair "El Mundo"da dərc olunmuş informasiya ilə əlaqədardır. Həmin məqalədə bildirilir ki, Messi 2017-ci ildə 4 illik müqavilə imzalaması qarşılığında ümumilikdə 555 milyon avro qazanmalı imiş.

Bu informasiyanın mətbuata sızması "Barselona"nın kapitanını xeyli qəzəbləndirib. Klubun özü isə açıqlama yayaraq, müqavilənin KİV-də dərc olunmasından təəssüfləndiyini bildirib. Konfidensial sənədin dərcinə görə heç bir məsuliyyət daşımadığını bəyan edən Kataloniya təmsilçisinin rəhbərliyi dəyə biləcək zərərlə bağlı "El Mundo"ya qarşı hüquqi tədbirlər görəcəyini bəyan edib.

"Barselona" Messiyə tam dəstək verib və onun imicini, dünyanın ən yaxşı futbolçusu kimi yetişdiyi klubla münasibətlərini zədələmək cəhdlərinə qarşı çıxıb.

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »