Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan erkən seçkilərə gedir: Paşinyanın rəqibi kim olacaq...
Nikol Paşinyan

Ermənistan növbədənkənar parlament seçkilərinə gedir.

Bizimyol.info xəbər verir ki, hazırkı baş nazir Nikol Paşinyan ölkədə erkən seçkilərin keçiriləcəyini elan edib. Ermənistanda baş nazir prezidentlə müqayisədə daha çox səlahiyyətə sahibdir və bu vəzifəyə təyinat parlament çoxluğu tərəfindən həyata keçirilir.

Hazırda parlamentdə çoxluq "Mənim Addımım" alyansına məxsusdur. Alyansın lideri baş nazir Nikol Paşinyandır.

Ölkədə müxalifətdə olan partiyalar "Vətənin Qurtuluşu Hərəkatı" adlanan təşkilatda birləşiblər. Onlar etiraz aksiyaları təşkil edərək Paşinyanın istefasını tələb etsələr də, baş nazir öz postundan istefa verməyəcəyini bildirib. O bəyan edib ki, onun vəzifədən getməsi yalnız xalqın istəyi ilə ola bilər. Elə bu səbəbdən də Paşinyan parlamentə erkən seçkilərin keçirilməsini təklif edib.

Vazgen Manukyan Vazgen Manukyan

Amma nə qədərə qəribə görünsə də, müxalifət Paşinyanın bu təklifindən heç də ikiəlli yapışmayıb. Vətənin Qurtuluşu Hərəkatının baş nazir vəzifəsinə vahid namizədi olan Bazgen Manukyan artıq seçkilərdə iştirak etməyəcəyini bildirib. O bu qərarını onunla izah edib ki, seçkilərin gedişinə təsir etmək istəmir. Amma müşahidəçilərin fikrincə, Manukyanın seçkilərdən imtinası başqa bir səbəblə bağlıdır - o qarşıdan gələn seçkilərdə Paşinyana uduzma ehtimalından qorxur. Hətta qalib gəlsə də, çətin bir yükün altına girməli olacaq.

Ermənistan mətbuatında da belə fikirlər yer alır ki, müxalifət əslində hakimiyyətə gəlməkdən qorxur. Kənarda dayanıb istefa tələb etmək daha yaxşıydı, indi isə Paşinyan onları seçkilərə dəvət edir. Müxalifət yaxşı başa düşür ki, seçkilərin istənilən bir nəticəsi onların əleyhinə yönələcək. Təbii ki, ortaya 2 nəticədən biri çıxa bilər.

- Paşinyan qalib gəlir. Bununla da növbəti müddət üçün baş nazir postu Paşinyanın sərəncamında qalır. Müxalifət isə artıq onun haqqında rahat-rahat ağzına gələni danışa bilməyəcək və siyasi arenada mövqeyini tamamilə itirəcək.

- Müxalifət qalib gəlir. Ardınca Rusiya yeni gələn hökumətdən də üçtərəfli sazişə əməl etmələrini istəyir. Xalq hər hansı bir dəyişikliyin olmadığını görüncə, yeni gələn hakimiyyəti də düşmən elan edir.

Ona görə də müxalifət istəyir ki, pafos dolu açıqlamalar verməyə davam etsin və bu müddət ərzində Paşinyan baş nazir olaraq Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətini tamamlasın. Bundan sonra real olaraq hakimiyyətə can atsınlar.

Müxalif düşərgədə parçalanmalar da vəziyyətin gərginliyindən xəbər verir. Dünən Ermənistanın 2-ci prezidenti Robert Köçəryan seçkilərə qatılacağını bəyan edib və dərhal da Vətənin Qurtuluşu Hərəkatını tərk edib. Müxalif media hesab edir ki, Köçəryan əslində bu hərəkəti ilə Paşinyana dəstək verib - müxalifət parçalanıb, Köçəryanın Paşinyana qalib gəlmək şansı isə şübhəlidir. Hətta son anda Köçəryanın öz namizədliyini verməyəcəyini düşnənlər də var.

Robert Koçaryan Robert Koçaryan

Hələlik yalnız Paşinyanın komandası və "Alyans" partiyası seçkilərdə iştirakını rəsmən elan edib.

Digər tərəfdən müxalifətdə də "təmiz" adam yoxdur. Bir müddət əvvəl 3-cü prezident Serj Sarkisyanın kürəkəni, keçmiş səfir, Rusiyaya yaxınlığı ilə seçilən və Paşinyan əleyhinə ə sərt açıqlamalarla çıxış edən Mikael Minasyan demişdi ki, təhlükəsizlik xidməti hakimiyyətə bütün sabiq və indiki məmurlarla bağlı kompromatları təqdim edib. Onun fikrincə, qondarma rejimin lideri Araik Arutyunyanı məhz kompromatlarla təslimçilik aktına razı salıblar. Həmçinin o da bəlli olmuşdu ki, Arutyunyan təxminən 1 il əvvəl işğal zonasındakı əmlakını satıb. Yəni əməliyyatlardan əvvəlcədən xəbərdar olub.

Mediada belə fikirlər səslənir ki, Paşinyan seçkilərə elə-belə getmir. Çox güman Paşinyanın əlində gizli vasitələr var və zamanı çatanda rəqiblərini sıradan çıxarmaq üçün istifadə edəcək. Bu vasitələrdən ən güclüsü məhz namizədlərə qarşı kompromatlar ola bilər. Hazırda müxalifətdə olan və liderlik iddiası ortaya qoyanların demək olar ki, hamısı keçmişdə müxtəlif vəzifələrdə çalışıblar və təhlükəsizlik xidmətində onlarla bağlı çoxsaylı qalmaqallı məlumatlar var. Ona görə də seçkilərə qatılmaqdan çəkinirlər.

Bütün bunları təhlil etdikdən sonra demək olar ki, Paşinyan seçkinin nəticələrini əvvəldən təyin edib və ona görə də arxayınlıqla erkən seçkiləri elan edib. Müxalifət isə Paşinyanın təşkil edəcəyi seçkilərə etimadsızlıq elan edib və baş nazirin sadəcə, istefa verməsini tələb edir. Səbəbi isə deyildiyi kimi, ondan ibarətdir ki, müxalifət seçkilərdən sonra istənilən halda - udsa da, uduzsa da, itki ilə çıxacaq və siyasi varlığını birdəfəlik itirəcək.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Martın 9-na olan hava proqnozu
››› Sumqayıtda faciə ilə nəticələnən məclis: 16 yaşlı gənc ölüb
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
Son xəbərlər
Bütün xəbərlər »