Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin hədələri etirzçıları qorxutmadı: Yenidən Rusiyanı etirazlar bürüdü
Aleksey Navalnı, Vladimir Putin

Bu gün Rusiyada etirazların yeni dalğası baş qaldırdı.

Bizimyol.info xəbər verir ki, etirazlar ölkə boyunca bütün böyük və orta ölçülü şəhərlərdə baş tutub. Rəsmi Moskva əvvəlcədən xəbərdarlıq etsə də, insanlar Vladimir Putinin hakimiyyətinə etirazlarını ifadə etmək üçün küçələrə çıxmaqdan qorxmayıblar.

Rusiya polisi bu gün yüzlərlə etirazçını saxlayıb. Ölkə boyunca aksiya iştirakçıları müxalifət lideri Aleksey Navalnının azad olunmasını tələb ediblər.

İlk etirazlar Uzaq Şərqdə, o cümlədən liman şəhəri olan Vladivostokda yer alıb. Mitinq ərəfəsində polis şəhərin mərkəzini bağlasa da, etirazçılar mərkəzi meydana toplaşmağı bacarıblar.

Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021 Rusiyada etirazlar, Foto: Arxiv

Soyadını açıqlamaqdan imtina edən imtina edən 25 yaşlı Andrey "Əl-Cəzirə" telekanalına deyib ki, "azad bir ölkədə yaşamaq istəyi tutulmaq qorxusundan daha güclüdür".

"France Press" Agentliyinin Vladivostokda çəkdiyi görüntülərdə etirazçıların Amur Körfəzinin buzları üzərində rəqs etməsi əks olunub. İnternetdə yayımlanan videolarda nümayişçilərin polis tərəfindən avtobuslara aparıldığı görünür. Əsasən gənclərdən ibarət dəstələr rəqs edərək “Putin oğrudur” və “Rusiyaya azadlıq” şüarları səsləndiriblər.

Moskvada 7 metro stansiyası bağlanıb. Piyadaların hərəkəti şəhərin mərkəzində məhdudlaşdırılıb.

Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk şənbə günü etirazlarla bağlı xəbərdarlıq etmişdi və karantini əsas göstərmişdi. Müstəqil müşahidəçilərin fikrincə, həm Rusiyada, həm də dünyanın bütün diktatura rejimlərində karantin tədbirləri siyasi məqsədlər üçün istifadə edilir.

Rusiyada hökumət nümayəndələri onlayn platformaları da hədəfə alaraq mitinq çağırışları ilə bağlı paylaşımları silmələrini tələb ediblər və ya cərimələr tətbiq olunub. Ölkənin media nəzarət orqanı cümə günü bildirmişdi ki, tələbləri yerinə yetirmədiklərinə görə bir neçə sosial şəbəkənin nümayəndələri quruma çağırılıblar.

Cümə axşamı saxlanma yerindən verdiyi mesajda Navalnı rusları yeni mitinqlər keçirməyə çağırmışdı: “Çoxluq bizim tərəfimizdədir. Gəlin, onları oyadaq”.

Şənbə günü Rusiyada Ukraynalı iş adamı Alexandr Xomenkoya qarşı da iş açılıb. O, Rusiyanın siyasi elitasının sərvətləri ilə bağlı araşdırmalar dərc edən və Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunu maliyyələşdirməkdə ittiham olunur.

Xatırladaq ki, Navalnı Putinin Qara dəniz sahilində 1,35 milyard dollarlıq mülkə sahib olduğunu açıqlayan video hazırlayaraq yaymışdı. Video sosial şəbəkələrdə 100 milyondan çox baxış toplayaraq partlayış effekti verdi.

Kreml Rusiya prezidentinin hokkey arenası, xüsusi kazino və üzüm bağları olan böyük bir kompleksin sahibi olduğunu təkzib edib.

Putinin keçmiş cüdo ortağı olan milyarder Arkadi Rotenberq şənbə günü əmlakın sahibi olduğunu və orada bir otel inşa etdiyini söyləyib. Amma bunun necə maliyyələşdirildiyi barədə əlavə məlumat verməyib.

Vladimir Putinin olduğu deyilən saray Vladimir Putinin olduğu deyilən saray

Amma şənbə günü verilən bu açıqlama bir gün sonra, yəni bu gün aksiyaların qarşısını almaq üçün yetərli olmadı. Çünki Rusiyada heç kim şübhə etmir ki, Rotenberq bu açıqlamanı Putinin tapşırığı əsasında verib. Yəni dostluq münasibətlərinə görə Putinin adını təmizə çıxarmaq üçün iş adamı sarayı öz mülkü olaraq elan edib.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »