Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fevralın 1-nə olan hava proqnozu
hava

Fevralın 01-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə fevralın 01-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 8-10, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Fevralın 01-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Nazir Baş direktoru işdən çıxardı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »