Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Trampı necə prezident edib... - KGB mayoru açıqladı
Donald Tramp və Vladimir Putin

Donald Tramp 40 ildən artıq müddət ərzində əvvəlcə SSRİ, sonra da Rusiyanın kəşfiyyat agenti olaraq “bəslənib”.

Bizimyol.info xəbər verir ki, bu barədə İngiltərənin "The Guardian" qəzetinə keçmiş KGB mayoru, 67 yaşlı Yuri Şvets danışıb.

Yuri Şvets 1980-ci illərdə Sovet İttifaqı tərəfindən casus olaraq Vaşinqtona göndərilib. O, bir çox kompromat xarakterli kitablar üçün informasiya mənbəyi olub.

“İnsanları tələbəlik illərində casusluğa cəlb edirlər, sonradan onlardan bəziləri vacib vəzifələr tutur. Tramp da əməkdaşlığa gənc vaxtlarında cəlb edilib",- deyə hazırda ABŞ-ın Virciniya ştatında yaşayan Şvets deyib.

Onun sözlərinə görə, Tramp ilk dəfə 1977-ci ildə, ilk həyat yoldaşı olan Çexiyalı model İvana Zelnitskaya ilə evlənərkən "Sovet radarları"na düşüb. Tramp KGB-nin nəzarəti altında Çexoslovakiya kəşfiyyatının keçirdiyi casusluq əməliyyatının hədəfi olub.

3 il sonra Tramp ilk böyük əmlak layihəsi olan "Grand Hyatt " otelini açıb. Tramp "Joy-Lud" elektronika mağazasının sahibi Semyon Kislindən oteli üçün 200 televizor alıb.

Shvets deyir ki, KGB "Joy-Lud" şirkətinin fəaliyyətinə nəzarət edirdi və Kislin də agent olaraq işləyirdi. Kislin yüksəlişdə olan bir gənc iş adamı kimi Trampı potensial agent kimi görürdü.

Sonra 1987-ci ildə Tramp və İvana ilk dəfə Moskva və Sankt-Peterburqa səfər ediblər. Şvetsin sözlərinə görə, Tramp KGB nümayəndələrinin fikirlərindən ilhamlanırmış, sovet təmsilçiləri ona yaltaqlanaraq siyasətə qoşulmalı olduğunu deyirmişlər.

Keçmiş KGB mayoru danışır: “KGB agentləri hücumu cazibədarlıqla həyata keçirirdilər. Onun həyatı barədə tonlarla məlumat toplamışdılar, buna görə də xasiyyətini yaxşı bilirdilər. Trampın intellektual və psixoloji cəhətdən son dərəcə həssas olduğu və yaltaqlıqdan xoşlandığı sovet məmurlarına bəlli idi. Özlərini elə aparırdılar ki, guya Trampın şəxsiyyətindən çox təsirləniblər və ona heyran qalıblar. Ona deyirdilər ki, bir gün onun Amerika Birləşmiş Ştatlarının prezidenti olacağına inanırlar və onun kimi insanlar dünyanı həqiqətən dəyişdirə bilərlər. O vaxtdan başlayan bu aktiv əməliyyat gec də olsa, reallaşdı. Bu, o dövrdə aktiv KGB əməliyyatları baxımından böyük bir uğur idi".

ABŞ-a qayıtdıqdan dərhal sonra Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmək barədə düşünməyə başladı və hətta Nyu-Hempşirin Portsmut şəhərində bir təşviqat mitinqi keçirdi. 1 sentyabr 1987-ci ildə "New York Times", "Washington Post" və "Boston Globe" qəzetlərində “ABŞ-ın xarici və müdafiə siyasətində bütün problemləri qətiyyət göstərməklə həll etmək olar” başlığı ilə tam səhifəlik bir reklam yerləşdirdi.

Bu tanıtım məqaləsində Amerika haqqında son dərəcə qeyri-adi səslənən fikirlər yer almışdı. Tramp hətta Yaponiyanı ABŞ-ı istismar etməkdə günahlandırırdı və ABŞ-ın NATO-ya daxil olmasına şübhə ilə yanaşırdı. Bu düşüncələr Amerika xalqına açıq bir məktub şəklində təqdim edildi və əsas fikir ondan ibarət idi ki, Amerika özlərini müdafiə edə biləcək ölkələri qorumaq üçün niyə pul xərcləməlidir".

Moskva da Trampın 2016 seçkilərindəki qələbəsini sevinclə qarşıladı. Xüsusi vəkil Robert Müller Trampın seçki qərargahının üzvləri ilə ruslar arasında sövdələşmə faktını sübut edə bilmədi. Amma Trampın seçki qərargahının və onun keçid komandasının Rusiya ilə əlaqəli əməliyyatçılarla ən azı 272  kontaktı və 38 görüş keçirdiyi aşkar edildi.

Yeddi kitabın müəllifi və "Vanity Fair"-in köhnə redaktoru Unger isə deyib: "O, təsirli agent idi. Söhbət KGB-nın bu oğlanı 40 il ərzində prezident olaraq böyütməsinə dair möhtəşəm və usta plandan getmir. O vaxtlar, yəni təxminən 1980-ci ildən başlayaraq ruslar hər kəsi işə cəlb etməyə çalışırdılar və onlarla insanı işlədirdilər. Tramp bir çox cəhətdən ideal bir hədəf idi: Prezident seçilməsinə qədər 40 il onunla iş aparmışdılar".

Paylaş »
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Martın 8-nə olan hava proqnozu
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »