Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan 2021-ci ili “Yunus Əmrə və Türk dili ili” elan edib
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili "Yunus Əmrə və Türkcə ili” olaraq qeyd edilməsi ilə bağlı sənəd imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində dərc olunan qərarda öz əksini tapıb.

“Resmi Gazete”də R.T.Ərdoğan 2021-ci ili Türk dilinin təməl daşlarından biri olan Yunus Əmrənin 700-cü ildönümü ilə əlaqədar BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən anma və qeyd olunma ildönümləri sırasına daxil olduğunu bildirib: “Yunus Əmrə” 72 millətə bir gözlə baxma" prinsipi və ümumbəşəri insani dəyərlər üzərində qurulmuş fəlsəfəsi ilə dünya humanizminə töhfə verərək insanları ortaq dəyərlər ətrafında bir araya gətirən şairdir. Yunus Əmrəni bəşər üçün ortaq bir dəyər kimi təqdim etmək və 2021-ci ilin “Bizim Yunus” ili olaraq anılması, onun mirası olan Türk dilinin əhəmiyyətinin vurğulanması, mədəniyyət dili olaraq şüurlu və doğru istifadəsini təmin etməklə ölkə daxilində və xaricdə tədbirlərin keçirilməsinə qərar verilib”.

Qeyd edək ki, bu tədbirlərin prezidentin himayəçiliyi ilə keçiriləcəyi bildirilib.

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Rusiyada “Bakı” kafesində atışma: Azərbaycan vətəndaşı öldürüldü - Video
Son xəbərlər
Bütün xəbərlər »