Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ümumşəhər qəbristanlığındakı şəhid qəbirləri Yasamalın Şəhidlər Xiyabanına köçürüldü
Şəhid cənazəsi

Vətən müharibəsinin Bakının ümumşəhər qəbristanlığında dəfn olunmuş 18 şəhidinin məzarı Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına köçürülüb.

Bizimyol.info xəbər verir ki, şəhidlərin məzarların yerlərinin dəyişdirilməsi ilə bağlı onların ailə üzvlərinin müraciətləri araşdırılıb və problem həllini tapıb.

Qeyd edilir ki, bu məsələ ilə əlaqədar yekun qərarın qəbulu vaxtının uzanması bəzi şəhid ailələrinin övladlarının məzarlarının yerinin dəyişdirilməsi istəyi, habelə əksəriyyət təşkil edən digər ailələrin övladlarının məzarlarının həmin qəbirstanlıqda qalmasına razılıq verməsi ilə bağlıdır.

Bu gün aidiyyəti orqanların nümayəndələrinin şəhid ailələrinin üzvləri ilə daha bir görüşü keçirilib. Görüş zamanı şəhid ailələrinin məzarların yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınmaqla müvafiq qərar qəbul olunub.

Qərara əsasən Vətən müharibəsinin ümumşəhər qəbirstanlığında dəfn olunmuş 18 şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.

Qeyd edək ki, məzarların Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülməsi şəhidlərin ailə üzvlərinin və din xadimlərinin iştirakı ilə həyata keçirilib.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »