Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pelosini öldürmək istəyən qadına qarşı cinayət işi açılıb
Nensi Pelosi

ABŞ-da yanvarın altısında Kapitoliyə basqın edən iki qadın saxlanılıb.

Saxlanılanlardan biri nümayiş zamanı Nümayəndələr Palatasının sədri Nensi Pelosini güllələmək niyyətində olduğunu elan etmiş şəxsdir.

Bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu yanvarın 12-də Don Benkroft və Diana Santos-Smitin konqres binasını tərk etməsi ilə bağlı bir video əldə edib.

Videoda saxlanılan qadınlardan biri “Kapitoliyə daxil olduq, işimizi gördük. Nensi Pelosini başından güllə ilə vurmaq üçün axtardıq, amma tapa bilmədik”, - deyir.

Qeyd olunur ki, videonu çekən qadın onu uşaqlarına göndərib.

FTB-nin yaydığı məlumatda qeyd olunur ki, hər iki qadın ilkin sorğu-sualda Kapitoliyə hücumda iştirak etmədikləri deyiblər.

Onlara qarşı üç federal ittiham, bundan əlavə, məhdud girişi olan binaya qəsdən daxil olmaq, ictimai qayda pozuntusu və hökumətin fəaliyyətinə mane olmaq ittihamları irəli sürülüb.(oxu.az)

Paylaş »
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
››› ABŞ Ermənistana Azərbaycanla dostluq etmək üçün pul ayırır
Son xəbərlər
Bütün xəbərlər »