Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST Avropa İttifaqını qınayıb
Ümumdünya Səhiyyə Təşkilatı -   UST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vaksin ixracına nəzarət qaydaları ilə bağlı qərarına görə Avropa İttifaqını qınayıb.

“BBC” xəbər verir ki, ÜST rəhbərinin müavini Mariancela Simao qərarın “narahatedici trend” olduğunu qeyd edib. Daha əvvəl isə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus “vaksin millətçiliyi”nin virusdan sonrakı bərpa prosesini uzada biləcəyini bildirib.

Qeyd edək ki, Avropa Komissiyası yanvarın 29-da Avropa İttifaqında istehsal edilmiş və ittifaqla qabaqcadan satınalma sazişinə daxil olan COVID-19 vaksinlərinin ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya da daxil olmaqla 100-ə yaxın ölkəyə ixracına nəzarət mexanizminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

Şəffaflıq mexanizmi adlandırılan yeni qaydalara əsasən, Aİ ilə qabaqcadan satınalma sazişi olan vaksin istehsalçısı şirkətlər mövcud müqavilənin şərtlərini yerinə yetirmədikləri təqdirdə Aİ ölkələri vaksin ixracını məhdudlaşdırmaq səlahiyyəti əldə edəcək. Qərarı şərh edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, pandemiyanın Avropada və bütün dünyada dağıdıcı təsiri var, vətəndaşların sağlamlığının qorunması ən vacib prioritet olaraq qalır və buna nail olmaq üçün bütün zəruri tədbirlər görülməlidir.

İttifaq daxilində vaksin təminatının gecikməsi ilə əlaqədar qəbul edildiyi bildirilən qərar martın sonunadək qüvvədə qalacaq.(apa)

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
Son xəbərlər
Bütün xəbərlər »