Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
35 şəhid qohumunun təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətləri həll olunub
Emin Əmrullayev

“Ali təhsil alan İkinci Vətən müharibəsi iştirakçılarının təhsil haqları ilə bağlı məsələ yalnız Təhsil Nazirliyinin verdiyi qərardan asılı deyil”.

Bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, bu istiqamətdə bir neçə addım atılıb: ““YAŞAT” Fondu yaradılıb. Ali təhsil müəssisələrinin rəhbərlərinə də tapşırıq verilib ki, həmin vətəndaşlarla bağlı xüsusi yanaşma olsun. Hazırda biz də müəyyən layihələri hazırlamışıq, müəyyən müzakirələr gedir. Ümid edirəm ki, bu istiqamətdə irəliyə doğru bir addım atılacaq”.

Nazir qeyd edib ki, indiyədək Vətən müharibəsində şəhid olmuş şəxslərin ali təhsil müəssislərində təhsil alan 35 nəfər qohumlarının – bacı, qardaş və həyat yoldaşlarının təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətləri həll olunub”.(apa)

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
Son xəbərlər
Bütün xəbərlər »