Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil Nazirliyi tələbələri taleyin ümidinə buraxıb, əlaqəli şəxslər isə "yoxa çıxıb"
Təhsil Nazirliyi

Türkiyədə doktorantura təhsili alan azərbaycanlılar onlar üçün nəzərdə tutulan ödənişlər edilmir.

Bu barədə Bizimyol.info-ya məlumat verən tələbələr bildirib ki, 2020-ci ilin oktyabr ayından doktorantlar öz xərclərini qarşılaya bilmirlər. Yaranmış durumla əlaqədar dəfələrlə Təhsil Nazirliyi ilə əlaqə saxlasalar da, heç bir izah verilmir.

Ümumiyyətlə, Təhsil Nazirliyi sanki haqqında danışılan tələbələri unudub və onların heç bir sorğusuna cavab verilmir. Taleyin ümidinə buraxılan tələbələr çıxış yolunu mətbuata üz tutmaqda görüblər. Tələbələrin sözlərinə görə, əvvəllər müəyyən əlaqə kanalları varmış və onlar rahatlıqla problemlərini rəhbərlyə çatdıra bilirmişlər. Amma son vaxtlar həmin əlaqə kanalları da, əlaqə üçün məsul olan şəxslər də yoxa çıxıb.

Emin Əmrullayev Emin Əmrullayev, təhsil naziri

Söhbət “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili alanlardan gedir. Tələbələr deyir ki, bir neçə aydır problemin həlli üçün davamlı şəkildə müraciətlər edirlər. Amma cəhdləri heç bir nəticə vermir.

Proqrama əsasən, maliyyələşmə prosesində Dövlət Neft Fondu vəsaiti Təhsil Nazirliyinin  Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) xəzinə hesabına köçürülməlidir. Ardınca həmin vəsait Təhsil Nazirliyindən (DPİQ) müvafiq əmrlə Proqram iştirakçılarının kart hesablarına köçürülməlidir:

“Oktyabr ayından Türkiyədə təhsil alan doktorantlara bu köçürmələr edilmir. Ona görə də imkanı olmayanlar çox pis vəziyyətə qalıblar. Bir neçə dəfə Təhsil Nazirliyinə rəsmi müraciət olunub, cavab yoxdur. Davamlı şikayətlərdən sonra doktorantlar üçün açılmış kartları Təhsil Nazirliyi təhvil verib. Lakin həmin kartlara ödənişlər köçürülmür. Əvvəl Təhsil Nazirliyinin nümayəndələri də eyni mobil sosial  şəbəkə qrupunda idi, nəyisə soruşmaq, dəqiqləşdirmək lazım olanda elə orada yazıb eləmək olurdu. Bu problemlə əlaqədar da bir neçə dəfə qrupa yazılıb. Amma orada da cavab verilmir”.

Ankara, Türkiyə Ankara, Türkiyə

Qeyri-iş günü olduğuna görə Təhsil Nazirliyindən deyilənlərə münasibət öyrənmək mümkün olmayıb. Hərçənd iş günlərində də bu, o qədər də asan məsələ deyil. Hər halda iş günlərində məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənib oxuculara  çatdırmağa çalışacağıq.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
Son xəbərlər
Bütün xəbərlər »