Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AVRO-2020: Türkiyəli azarkeşlər Bakıya gəlməyə bilər
Futbol

UEFA AVRO-2020-də azarkeşlərin hərəkətini məhdudlaşdırmaq üçün sərt tədbirlər görməyi planlaşdırır.

Avropa çempionatının qrup mərhələsinin matçlarında yalnız oyunların keçiriləcəyi ölkələrdəki fanatlar iştirak edə bilərlər. 1/8 finaldan isə çox az sayda xarici tərəfdarın səyahətinə icazə veriləcəyi gözlənilir. Bu halda Türkiyə, İsveçrə və Uels azarkeşləri Bakıya gələ bilməyəcək. Qərar təsdiqlənərsə, qitə futbol qurumu bilet alanların pulunu geri qaytarmalı və yenidən satış təşkil etməlidir.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.(virtualaz.org)

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »