Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda ad günü məclisi keçirməyə cəhd edən 46 nəfər cərimələnib
Polis - Cərimə

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək ad günü məclisi təşkil edilməsinin qarşısını alıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 29-da Maştağa qəsəbəsində vətəndaş E.Qasımovun xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə ad günü keçirməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı E.Qasımov və orda olan ümumilikdə 46 nəfər iştirakçı saxlanılaraq polis idarəsinə gətirilib. Onlarla profilaktik söhbət aparılıb və xəbərdarlıq edilib. Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də iştirakçılar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
Son xəbərlər
Bütün xəbərlər »