Danimarka yeni növ koronavirusa qarşı 41,6 milyon doza peyvənd sifariş edib.
“Anadolu” agentliyi bu barədə Danimarka Dərman Agentliyinin məlumatına istinadən xəbər yayır.
Avropa İttifaqı (Aİ) Komissiyası vasitəsi ilə peyvənd tədarük edən Danimarka “AstraZeneca”, “Sanofi-GSK”, “Johnson & Johnson”, “BioNTech / Pfizer”, “CureVac” və “Moderna”dan vaksin alacaq.
Razılaşma çərçivəsində Danimarkanın üç milyon nəfərlik əlavə peyvənd partiyasına sahib olduğu qeyd edildi.
Bu partiyaların alışı baş tutarsa, təxminən 6 milyona yaxın əhalisi olan ölkə 27,8 milyon nəfərə yetəcək qədər peyvəndə sahib olacaq.