Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ömər aşırımında hərbçilərin qəzada həlak olmas ilə bağlı cinayət işi başlanılıb
Kəlbəcərin Zülfüqarlı kəndi

"28.01.2021-ci il tarixdə Kəlbəcər rayonu ərazisində, "Ömər aşırımı" adlanan yerdən keçən yolda hərəkətdə olan "Ural" markalı nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Mustafayev Ramiz Bağman oğlu və Qaragözov Alıxan Əkbər oğlu ölüblər".

Bizimyol.info xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev bildirib.

Onun sözlərinə görə, daxil olan sözügedən məlumat əsasında Gəncə hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir".

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək", - F.Əliyev bildirib.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »